İqtisadiyyat üzrə Nobel mükafatçısı vəfat edib

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə “The Washington Post” onun övladlığa götürdüyü qızı Debora Treysmana istinadən yazıb. Alim 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb. Kaneman 1934-cü ilin martında Təl-Əvivdə anadan olub. Alim davranış iqtisadiyyatının banilərindən biri, qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə