Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Bosniya və Herseqovinada yüzlərlə mədən işçisi etiraz aksiyası keçirib.

SİA xəbər verir ki, Zenitsa şəhərindəki kömür mədənində çalışan işçilər maaşları verilmədiyi üçün paytaxt Sarayevoda etiraz aksiyası təşkil edib. Bosniya və Herseqovina Federasiyası Hökumətinin binası qarşısına toplaşan mədənçilər yanvar və fevral aylarının əməkhaqqını və əlavə ödənişləri hələ də almadıqlarını bildiriblər.

Tuzla şəhərindəki Kreka Mədəni Həmkarlar İttifaqının sədri Zuhdiya Tokiç ödənişlər verilmədiyi təqdirdə mədənçilərin ailələrinin iştirakı ilə daha böyük etiraz aksiyası təşkil edəcəklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə