Sankt-Peterburqlu qadın 600 min rublu pəncərədən atıb

...Sankt-Peterburqda yaşlı qadın fırıldaqçıların göstərişi ilə mənzilinin pəncərəsindən yüz minlərlə rubl atıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə martın 20-də Petrodvortsovo rayonunda Çebışevskaya küçəsində yerləşən evdə baş verib.

Polis müəyyən edib ki, Peterdofdan olan 93 yaşlı təqaüdçü “qohumunuz qəzaya düşüb” sxemi ilə işləyən cinayətkarların göstərişinə əsasən, içərisində 600 min rubl olan çantanı mənzilinin pəncərəsindən çölə atıb.

Faktla bağlı cinayət işi başlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, şübhəli ötən çərşənbə axşamı, martın 26-da Bolşevikov prospektində saxlanılıb.

Onun işsiz 29 yaşlı yerli sakin olduğu üzə çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə