Doğrudanmı, Kreml Belarusdan Kiyevə hücum hazırlayır?

Hərbi ekspert bunu təhlil edir...

....Ötən gün Rusiya mediası Putinin Ukraynanın “zəifliyini hiss etdiyini” və “qələbəyə getməyə hazır olduğunu”, o cümlədən Belarusdan Kiyevə növbəti hücumu və Xarkovu tutmağa çalışdığını bildirib.

Bu, hərbi baxımdan nə dərəcədə realdır?

SİA-nın əldə etdiyi məlumata görə, “İnformasiya Müqaviməti” qrupunun ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko bu sualı cavablandırıb.

...Beləliklə, onun dediyinə görə, hazırda bu, tamamilə qeyri-realdır.

Qeyd edim ki, 2022-ci ildə Belarus ərazisində Kiyevə hücumda iştirak edən 40 minlik şəxsi heyət yaradılmışdı. Bunlar elit bölmələr, desant qoşunları və xüsusi təyinatlıların nümayəndələri idi. Bundan əlavə, onlar ən çox təlim keçmiş, təchiz edilmiş və ştatlı bölmələr idilər.

Bunun nə nəticəsi oldu? Heç nə! Sözün əsl mənasında bir ay sonra geri qaçdılar və Şimal körpüsünü tamamilə tərk etdilər.

Buradan belə bir nəticəyə gələ bilərik ki, hətta elit desant qoşunları və xüsusi təyinatlılar belə bir döyüş tapşırığını yerinə yetirmək iqtidarında deyillər.

Maraqlıdır ki, Kovalenko müqayisə üçün kiçik Avdeevka şəhərini nümunə göstərir. Onun dediyinə görə, ruslar bu şəhəri alanda onlara 120 mindən çox insan resursu lazım oldu.

Ukraynalı hərbçiyə görə, Kiyevə doğru irəliləmək üçün Putinə indiki Rusiya ordusunun vəziyyətində təxminən 500 min əsgər lazımdır.

...Yenə də maraqlıdır, bəs, onda ruslar niyə yaxınlarda Xarkovu və ya Kiyevi alacaqlarını tirajlayırlar?

Kovalenkoya görə, qorxu, çaxnaşma yaratmaq müharibə zamanı çox vacib elementlərdir.

Məhz bu məhada düşmən cəmiyyətinə təsir etmək üçün çaxnaşma, xaos, təhdidlərin yaradılması, mənəvi və psixoloji təzyiqlərdən istifadə olunur. Ruslar bunu davamlı olaraq edir: Odessaya, Xarkova hücum edəcəklər, Sumı vilayətini tutacağıq və s. Onlar daim psixoloji təzyiq göstərirlər.

...Hər halda, bu qəbildən olan təhlükə olsa belə, Ukraynada Kastus Kalinovski adına bir alay var. Rus könüllüləri kimi onlar da Lukaşenkonun cinayətkar rejiminə qarşı müəyyən tədbirlər görməyə başlaya bilərlər.

...Onu devirmək məqsədi ilə. Kim bilir, hər şey ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə