Latviya rusiyalı diplomatı “persona non qrata” elan edib

Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı "persona non-qrata" elan edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

“Latviya Respublikasının Xarici İşlər Naziri Rusiya səfirliyinin diplomatlarından birini arzuolunmaz şəxs elan etmək qərarına gəlib”, - deyə məlumatda deyilir.

Bildirilib ki, rusiyalı diplomat aprelin 10-dək ölkəni tərk etməlidir.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Moskva Latviyanın bu qərarına müvafiq cavab verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə