Marin Le Penin məhkəməsinin vaxtı məlum olub

Fransanın Milli Cəbhə Partiyasının (FN) rəhbəri Marin Le Penin işi ilə bağlı məhkəmə prosesi 30 sentyabr – 27 noyabr tarixlərində keçiriləcək. Milli Cəbhə Partiyası da hüquqi şəxs qismində istintaqa cəlb edilib.

SİA xəbər verir ki, müxalifət liderinin atası Mari Le Pen də hakim qarşısına çıxarıla bilər. Bunun üçün iyulun üçünədək ekspertlər 95 yaşlı siyasətçinin səhhəti ilə bağlı rəy verməlidir.

Marin Le Pen 2004-2016-cı illərdə Avropa Parlamentinin deputatı olduğu müddətdə dövlət əmlakını mənimsəməkdə ittiham edilir. İttiham aktına görə o, özünün partiyadakı köməkçilərini deputat köməkçisi kimi rəsmiləşdirərək onlara büdcədən vəsait ödənilməsinə şərait yaradıb.

İş üzrə Milli Cəbhə Partiyasından Avropa Parlamentinə seçilmiş 11 deputat və onların 12 köməkçisi məhkəmədə ifadə verməli olacaq.

İş üzrə mülki iddiaçı qismində çıxış edən Avropa Parlamentinin nümayəndəsi 2009-2017-ci illərdə quruma Marin Le Penin əməlindən 7 milyon avro ziyan dəydiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə