Putin rus mədəniyyətinin “ləğv edilməsinə” münasibət bildirib...

Rusiya prezidenti Vladimir Putin Tver vilayətinin mədəniyyət işçiləri ilə görüşündə rus mədəniyyətinin “ləğv edilməsinə” münasibət bildirib...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Putin deyib ki, bu cür “ləğv”ə yalnız axmaq insanlar çağırır. ...Çünki bütöv bir xalqın və ya bütöv xalqların mədəniyyətini ləğv etmək - və bizim Rusiyada yaşayan 190 xalq və etnik qrupumuz var - bu, sadəcə olaraq qeyri-realdır.

...Bundan əvvəl Rusiyanın xalq artisti Sergey Bezrukov Kremldə prezidentin müvəkkillərinin toplantısı zamanı Qərbdə rus mədəniyyətinin “ləğv edilməsindən” danışıb. Aktyor bildirib ki, Rusiya öz irsini qorumaq üçün güc yolu ilə mübarizə aparmağa məcburdur, eyni zamanda heç vaxt başqa ölkələrin mədəniyyətlərini qadağan etməyə cəhd etməyib.

O, həmçinin vurğulayıb ki, Qərb 1990-cı illərdə rusların “kimliyini silmək” istəyirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə