Ərdoğan Türkiyənin terrorla mübarizə məsələsinə toxunub

Prezident Rəcəb Tayyib Ərdoğan separatçı terror təşkilatı PKK-nı ölkə sərhədləri daxilində hərəkət edə bilməyəcək, hərəkətə keçə bilməyəcək hala saldıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət başçısı Ərdoğan Diyarbəkirdə terrorla mübarizəyə toxunaraq deyib:

"Milli maraqlarımızı müdafiə edərkən kiminsə quyruğuna basanda dərhal PKK-ya üz tuturlar. Biz DAİŞ adlı imperialist kuklanın əsasən göz açmasına icazə vermrik. PKK-nı ölkə sərhədləri daxilində hərəkət edə və ya hərəkətə keçə bilməyəcək hala gətirdik.

"Sərhədlərimizdən kənarda da addım-addım nəzarəti ələ keçiririk. Ancaq bu, istəyən hər kəsin ölkəmizə və millətimizə qarşı istifadə edə biləcəyi bir alət olduğu gerçəyini dəyişdirmir. Ətrafımızdakı ölkələrin əksəriyyəti qan və atəş çəmbərində ikən, təhlükəsizliyimizi, əmin-amanlığımızı, rifahımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt icazə vermədik, vermərik də".

Bütün xəbərlər Facebook səhifəmizdə