Polşa məcburi hərbi xidmətlə bağlı müzakirələrə çağırır

...Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa ölkədə məcburi hərbi xidmətin geri qaytarılmasının mümkünlüyü ilə bağlı müzakirələrə başlamağın zəruriliyini bəyan edib.

Polşa hökumətinin departamentinin rəhbəri Maciej Kavecki, “bu müzakirənin niyə bu qədər çətin olduğunu” tam başa düşmədiyini etiraf edib.

Severa hərbi xidmətin “yalnız pulemyotla işləmədiyini” də qeyd edib.

...Logistika sahəsi, planlaşdırma, mürəkkəb silahların saxlanması, kiberməkanda müharibə - bunlar cəbhə xəttindən uzaq zonalardır.

Onun fikrincə, Polşa vətəndaşları başa düşməlidirlər ki, “vətəndaş olmaq sadəcə maaş almaq, əmək bazarında iştirak etmək və müharibə vəziyyətində getmək demək deyil”.

SİA-nın əldə etdiyi məlumata görə, Polşada hərbi vəziyyət tətbiq olunarsa, bu halda hərbi yaşda olan kişilərin ölkəni tərk etməsi çətinləşəcək

Yeri gəlmişkən, BNB rəhbəri bunun da xəbərdarlığını edib.

Xatırladaq ki, Polşada 2009-cu ildən hərbi çağırış icbari deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə