Gürcüstanda fiziki və hüquqi şəxslərə verilən kreditlərin həcmi artıb

Bu il martın 1-nə olan məlumata görə, Gürcüstanın kommersiya bankları tərəfindən vətəndaşlara və hüquqi şəxslərə verilən kreditlər 52,24 milyard lari təşkil edib. Fevralda kreditlərin həcmi yanvar ayı ilə müqayisədə 0,68 faiz artıb.

SİA xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının hesabatında əksini tapıb.

Bankın məlumatına görə, hüquqi şəxslərə verilən kreditlərin həcmi fevralın sonunda 14,5 milyard lari, ailələrə verilən kreditlərin həcmi isə 27,38 milyard lari təşkil edib. 2024-cü ilin fevral ayında ötən ilin fevralı ilə müqayisədə lari ilə verilən kreditlərin həcmi 1,4 faiz artıb, xarici valyutada verilən kreditlərin həcmi isə 0,21 faiz azalıb.

Gürcüstan hakimiyyəti bəyan edir ki, kreditlərin həcminin artması son illərdə yüksək iqtisadi artımla əlaqədardır. Belə ki, Gürcüstan iqtisadiyyatında 2021-ci ildə 10,6 faiz, 2022-ci ildə 11 faiz, 2023-cü ildə 7,5 faiz artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə