Avropada türklərə qarşı hücumların təməlində ifrat irqçilik dayanır

Son vaxtlar Avropada türklərə qarşı artan hücumların təməlində Qərb ölkələrinin daxili dinamikləri dayanır. Bu ölkələrdəki ifrat dərəcəyə çatan sosial bərabərsizliyi dəstəkləyən mövqenin siyasətə sirayət etməsindən yararlanan PKK terror təşkilatı türkləri hədəf almaq istəyir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında türkiyəli siyasi ekspert Güngör Yavuzaslan səsləndirib.

Ekspert artan hücumların səbəblərindən birinin də Türkiyə-İraq münasibətləri olduğunu qeyd edərək deyib: “Türkiyənin İraqda apardığı genişmiqyaslı antiterror əməliyyatı və bu ölkənin hökuməti ilə əməkdaşlığa başlaması PKK başçılarının türkləri hədəf almasının səbəblərindəndir”.

Yavuzaslan deyib ki, PKK Türkiyə Baş konsulluğuna, türklərin sıx yaşadığı bölgələrə, iş yerlərinə, dərnəklərinə edilən hücumlarla soydaşlarımızı insidentə cəlb etməyə çalışır. Təşkilatın Avropadakı yüksək irqçilik qavrayışından istifadə etdiyini vurğulayan Güngör Yavuzaslan bu kimi hücumların artmasının istisna olunmadığını deyib.

Ekspert törədilən təxribatlara qarşı Türkiyənin atacağı addımların olduqca mühüm əhəmiyyət daşıdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə