Qırğızıstanda gömrük xidmətinin keçmiş rəis müavini həbs edilib

...Bişkek məhkəməsi Dövlət Gömrük Xidmətinin keçmiş müavini Raiymbek Matraimovu həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azattyk Radiosu məlumat yayıb.

Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Mətraimovun vəkili və məhkəməyə gələn yaxınları şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, martın 26-na keçən gecə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları Mətraimovu şəxsi təyyarə ilə Azərbaycandan Bişkekə aparıblar.

İdarədən bildirilib ki, o, qanunsuz olaraq azadlıqdan məhrumetmə və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında şübhəli bilinir.

Mətraimovla birlikdə onun üç qardaşı da saxlanılaraq Bişkekə aparılıb.

Onlar istintaq tədbirləri üçün Oşa aparılıblar. Müstəntiqlərin fikrincə, Matraimovun əvvəllər öldürülmüş Kamçının kriminal rəhbəri Asanbek Kolbayev ilə “yaxın əlaqəsi” olub, həmçinin gömrük xidməti əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb.

2024-cü ilin yanvarında Milli Təhlükəsizlik Dövlət Komitəsi Mətraimovu qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi ilə açılmış cinayət işi çərçivəsində axtarışa verib. Tezliklə məhkəmə Mətramova məxsus olduğu iddia edilən 26 mülkə həbs qoyub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə