Rəis müavini 120 milyon rubl rüşvət almaqda təqsirli bilinib

Rusiya Energetika Nazirliyinin keçmiş rəis müavini Anatoli Tixonov 120 milyon rubl rüşvət almaqda və 270 milyon rubldan çox büdcə vəsaitini oğurlamaqda təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü Moskvanın Meşçanski Məhkəməsi qərar verib.

...Və məmur məhkəmə zalında azadlığa buraxılıb. Çünki o, artıq həbsdə olan bütün cəzasını çəkib.

Ona 14,5 il dövlət vəzifəsində işləmək qadağan edilib. “İnterfaks” xəbər verir ki, o, dövlət mükafatlarından: “Şərəf” və “Dostluq” ordenlərindən məhrum edilib.

Verilən məlumatlara görə, Tixonov 2020-ci ilin sentyabrında saxlanılıb. Müstəntiqlərin fikrincə, pul yanacaq-energetika kompleksi üzrə dövlət informasiya sisteminin yaradılması zamanı oğurlanıb. Bu, enerji səmərəliliyinin inkişafı üzrə dövlət proqramına daxil edilib.

“Kommersant” qəzeti yazır ki, o vaxt buna 968 milyon rubl ayrılıbmış.

Yeri gəlmişkən. məmurun Fransadakı əmlakı və digər sərvətləri müsadirə edilib.

Maraqlıdır ki, o, özü günahını inkar edir. Böhtana məruz qaldığını bildirib.

"Kommersant" xəbər verir ki, o, son sözündə məhkəmə pulu ona buraxsa, "kilsənin ehtiyaclarına" köçürüləcəyini deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə