Bayden Putini yenə də “qəssab” adlandırıb və…

Ukraynaya yardım etməyə çağırıb

...Bu arada ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini yenidən “qəssab” adlandırıb və amerikalı seçiciləri Ukraynanın Rusiyaya müqavimət göstərməsinə kömək etmək üçün varlı vətəndaşlardan vergilərin artırılmasını dəstəkləməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəd “The Moscow Times” yazır.

…Bununla nə edə biləcəyimizi təsəvvür edin. Biz federal büdcə kəsirini əhəmiyyətli dərəcədə azalda bilərdik. Ardıcıl olaraq edə biləcəyimiz çox şey var. O cümlədən, nəhayət, Ukraynanı qəssab Putindən qorumaq.

…Mirzə Cəlil “Ölülər”də onu onun diliycə necə deyir: “…lotusan aaa, əl ver!”

Deməli, Bayden bunu Şimali Karolinada çıxışı zamanı deyib.

Qeyd edək ki, çıxışı zamanı Bayden varlı vətəndaşlar üçün gəlir vergisinin 8,2 faizdən 25 faizə qaldırılmasını təklif edib. Onun sözlərinə görə, bu, yaxın 10 ildə büdcəyə yüz milyardlarla dollar cəlb etməyə imkan verər.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ prezidenti Putini Ukraynaya genişmiqyaslı işğaldan bir ay sonra “qəssab” adlandırmışdı.

Bu ilin fevralında Amerika lideri Putin haqqında yenə təhqiramiz ifadələr işlədib.

…Bizim bu Putin və başqaları kimi dəli oğullarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq.

Bunu Bayden deyib.

Və Putin də Baydendən qorxmadığını nümayiş etdirəərək buna cavab olaraq amerikalı həmkarına can sağlığı arzulayıb və qeyd edib ki, başqa insanlara qiymət vermək güzgüyə baxmaq kimidir. “Sizi kim çağırırsa, belə adlanır”..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə