Türk Hava Yollarına məxsus təyyarə Moskvaya qayıdıb

Türk Hava Yollarına məxsus təyyarə Moskvaya qayıdıb

...Türk Hava Yollarına məxsus təyyarə göyərtəsindəki kobud davranışlara görə, Moskva hava limanına qayıdıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə SHOT Telegram kanalı yazıb.

Beləliklə, hadisə şahidlərinin sözlərinə görə, Moskva-İstanbul reysi ilə uçan təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri qəfil qışqırmağa və ingiliscə söyüşlər söyləməyə başlayıb. Deyilənlərə görə, o tək olmayıb.

Pilotlar dərhal hava limanına qayıtmaq qərarına gəliblər. Həmin şəxs polisin müşayiəti ilə rəqs və gülməli hərəkətlər edərək təyyarəni tərk edib.

Onunla bərabər iki yoldaşı da təyyarədən çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl Volqoqradda Moskvadan İstanbula uçan təyyarə biznes klassının dava-dalaşına görə məcburi eniş etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə