Müxalifətçinin prezident seçkilərində iştirakına icazə verilməyib

Müxalifətçinin prezident seçkilərində iştirakına icazə verilməyib

...Venesuelada prezident seçkilərində demokrat namizəd Korina Jorisin seçkilərdə iştirakına icazə verilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə AP xəbər yayıb.

Qeyd edək ki, siyasətçini müxalifət qüvvələrinin koalisiyası irəli sürüb.

Ölkədəki müxalifət lideri Ömər Barbosa yerli seçki komissiyasının lazımi sənədləri vaxtında qəbul etməyə vaxtı olmadığını bildirib.

Onu da qeyd edək ki, sənəd qəbulunun son tarix martın 25-nə təyin edilib.

Demokratik qüvvələr seçki komissiyasının qərarını dəyişikliyə ümid edən “venesuelalıların bütün hüquqlarının pozulması” adlandırıblar.

...Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçiriləcək. Seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduro və digər on namizəd iştirak edəcək.

Yeri gəlmişkən, 2019-cu ildən bəri ölkə siyasi və iqtisadi böhran içərisindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə