Dünya kruizində yoxa çıxan yaxtaçını tələbəsi axtarır...

Dünya kruizində yoxa çıxan yaxtaçını tələbəsi axtarır...

...Rusiyalı yaxtaçı Vitali Yelaqinin tələbəsi Aleksey Çvanov səyahətçini Çili sahillərində axtardıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskovski Komsomolets” yayıb.

Deməli, gəncin sözlərinə görə, Yelaqini tapmaq üçün təkcə peşəkar xilasedicilər deyil, eyni zamanda çilili könüllülər də çalışır.

Onlar yaxtaçını peyklərdən istifadə edərək aşkar etmək istəyirlər. Qeyd edək ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar hazırda havadan axtarışlar dayandırılıb.

...Və xatırladaq ki, Vitali Elaqin dünya səyahətinə ötən ilin oktyabrında Afrikanın Tanjer limanından başlamışdı. O, Kanar adaları vasitəsilə Atlantik okeanını keçərək Cənubi Afrikaya tərəf geüzmüşdü. Martın 19-da Elaqin yaxtasında problemlər olduğunu bildirdikdən bir müddət sonra radardan itib.

Hazırda onun taleyi ilə bağlı hələ heç nə məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə