Fransa 80-ə yaxın Sezar qurğusunu Ukraynaya verəcək

...Yaxın günlərdə

...Fransa tezliklə Ukraynanı 78 Sezar artilleriya qurğusu ilə təmin edəcək. Bununla yanaşı, fransızlar ukraynalılara mərmi tədarükünü artıracaqlarına da söz veriblər.

SİA-nın Associated Press-ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

O, Fransa, Ukrayna və Danimarka arasında Sezar 155 mm-lik özüyeriyən haubitsaların maliyyələşdirilməsinə dair razılığın əldə edildiyinə aydınlıq gətirib ki, bu da Fransaya onları "tez tədarük etməyə" imkan verəcək.

...Fransa da bu il Ukraynaya 80 min patron 155 mm-lik silahla təmin etməyi qarşısına məqsəd qoyub.

Nazir xatırladıb ki, Ukraynada müharibə başlayandan Fransa qarşı tərəfə 30 min mərmi verib.

Fransa həmçinin Avropa İttifaqından kənar ölkələrdən alına bilən barıt və sursat ehtiyatları axtarışın çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə