Rusların Qara dənizdə beş böyük desant gəmisi qalıb...

Halbuki işğalın əvvəlində onların sayı 14 idi...

...Hazırda Rusiya ordusunda beş iri işlək desant gəmisi qalıb, halbuki tammiqyaslı işğalın əvvəlində onların sayı 13 və oğurlanmış Ukrayna gəmisi “Konstantin Olşanski” ilə birlikdə isə 14 olmalı idi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk LIGA.net jurnalisti üçün şərhində danışıb.

Hərbi Dəniz Qüvvələrinin spikeri qeyd edib ki, Ukrayna indiyədək Rusiyanın dörd böyük desant gəmisini məhv edib, yəni:

...“Saratov” (Ukrayna tərəfindən 24 mart 2022-ci ildə Berdyansk limanında dağıdılıb).

...“Minsk” (Ukrayna Silahlı Qüvvələri tərəfindən 13 sentyabr 2023-cü ildə Sevastopol Dəniz Zavodunun quru dokunda məhv edilib).

...“Novoçerkassk” (26 dekabr 2023-cü ildə müvəqqəti işğal olunmuş Feodosiyada dağıdılıb; taktiki aviasiya tərəfindən məhv edilib).

...“Sezar Kunikov” (14 fevral 2024-cü ildə müvəqqəti işğal olunmuş Krım sahillərində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən məhv edilib).

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hazırad “Orsk”, “Georgi Pobedonosets”, “Pyotr Morqunov”, “Kalininqrad” və “Korolev” gəmiləri Rusiyanın xidmətindədir

Bundan əlavə, “Yamal”, “Oleneqorski Qornyak”, “Azov”, “Nikolay Filçenkov” və “Konstantin Olşanski” gəmiləri isə təmirdədir.

Pletençukun sözlərinə görə, tammiqyaslı işğal başlamazdan əvvəl Azov-Qara dəniz bölgəsində müxtəlif dizaynlı yeddi böyük desant gəmisi var idi.

İşğalın başlanğıcında Rusiya Federasiyası daha altısını əlavə edərək onların ümumi sayını 13-ə çatdırdı.

...O vaxt biz rusların 10 il əvvəl Krımda ələ keçirdikləri “Konstantin Olşanski”ni saymadıq, amma onunla birlikdə artıq 14 gəmi var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə