“İsrail fonunda Ağ Evin Ukraynaya diqqəti azalıb..?”

Təzə ay çıxanda köhnəni doğrayıb ulduz edirlər?..

...2023-cü ilin son aylarında prezident Cozef Bayden ictimai çıxışlarının diqqətini Ukraynadakı münaqişədən İsrail və HƏMAS arasındakı müharibəyə çevirərək, Rusiya ilə qarşıdurmanın kritik məqamında Kiyevə daha az efir vaxtı ayırdı.

SİA-nın əldə etdiyi məlumata görə, bunları təhlil edən “Politico” Ağ Evdən yazılan stenoqramların və press-relizlərin, habelə Ukrayna, İsrail və ya Zelenski, Netanyahu, Putin və ya HƏMAS kimi əlaqəli terminləri xatırladan Konqres liderlərinin press-relizlərinin sayını hesablayıb.

Və yalnız prezident Baydenin açar sözlərdən birini qeyd etdiyi hallar stenoqramlar üçün hesablanıb.

...Təhlil göstərir ki, HƏMAS-ın İsrailə hücum etdiyi 2023-cü ilin yanvarından oktyabrın 7-nə kimi Bayden ayda təxminən 32 dəfə Ukraynanın adını çəkib.

Hücumdan sonra, 2024-cü ilin yanvarında bu rəqəm ayda 22 dəfədən aşağı düşüb.

2024-cü ilin fevralında Konqres həm Kiyev, həm də İsrail üçün əlavə yardım paketinin daxil edilməsi ilə bağlı müzakirələri bərpa etdikdən sonra bu rəqəm yenidən yüksəlib.

Cons Hopkins Universitetinin professoru Stiven Devid bildirib ki, İsrail “xarici siyasətdə bütün oksigeni udduğuna görə” Ukraynanın adı ilkin olaraq azalıb.

...Ağ Ev israr edir ki, Baydenin diqqətinin Ukraynaya yönəlməsi dayanmadan davam edir. Bununla belə, oktyabrın 7-dən sonra Baydenin Ukraynadan bəhs edənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Oktyabrdan dekabr ayına qədər prezident hər ay Ukraynadan iki dəfə çox İsrailin adını çəkirdi. Baydenin səylərinə və yüksək vəzifəli respublikaçıların Kiyevə verdiyi dəstəyə baxmayaraq, Ağ Ev hələ də Nümayəndələr Palatasını demokratları razı salarkən Ukraynaya vəsait ötürməyə necə inandıracağını başa düşə bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə