Məhkəmə müxalif siyasətçini dövlətə xəyanətdə təqsirli bilib

Məhkəmə müxalif siyasətçini dövlətə xəyanətdə təqsirli bilib

...Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstan parlamentinin müxalifətçi deputatı Adaxan Madumarovu dövlətə xəyanətdə təqsirli bilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Azattyk” radiosu xəbər verir ki, o, məhdudiyyət müddəti başa çatdıqdan sonra cəzadan azad edilib.

...Davaya səbəb Madumarovun 2009-cu ildə Qırğızıstan-Tacikistan sərhədi ilə bağlı protokol imzalaması olub. Həmin vaxt o, Təhlükəsizlik Şurasının katibi olub.

Sənəd sərhədin bəzi mübahisəli hissələrini həll etməli idi. Siyasətçi sənəddə mübahisəli ərazinin bir hissəsinin Tacikistana verilməsini faktiki olaraq tanımaqda ittiham olunub.

...Siyasətçi özünü təqsirli bilməyib və cinayət təqibini siyasi motivli hesab edir. Madumarov parlamentdə dəfələrlə mövcud hökuməti tənqid edib.

O, müxalifət partiyasına rəhbərlik edir və üç dəfə prezidentliyə namizədliyini irəli sürüb. “Azattyk” qeyd edir ki, cəzadan azad olunmasına baxmayaraq, o, hökm qüvvəyə minənədək həbsdə qalacaq.

Yeri gəlmiuşkən, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu 970 kilometrdir, SSRİ-nin dağılmasından sonra onun 450-yə yaxını demarkasiya olunmayıb. Bu, yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında müntəzəm toqquşmalara səbəb olub. 2022-ci ildə silahlı sərhəd münaqişəsində hər iki tərəfdən təxminən 150 nəfər həlak olub. Dekabrda tərəflər sərhəd xəttinin təxminən 90 faizini razılaşdırdıqlarını bildirdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə