Terrorda ABŞ, Böyük Britaniya və Kiyevin də “barmağı” varmış?

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskva yaxınlığındakı “Crocus Sity Hall”da törədilən terror aktına görə ABŞ, Böyük Britaniya və Kiyevi günahlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsert zalında törədilən terror aktında əli olanların sayı artıq saxlanılan 11 nəfərdən çox olacaq.

Bortnikov qeyd edib ki, onlar terror aktı işi üzrə saxlanılan şəxslərlə fəal işləyirlər.

...Bu arada Lukaşenko deyib ki, o, Putinə Moskva vilayətində terror aktını törədən cinayətkarların kuratorları haqqında məlumat verəcək.

Xatırladaq ki, Aleksey Navalnının zəhərlənməsindən sonra Lukaşenko Kremlə “Amerika və Almaniya kəşfiyyatçıları Nik və Mayk arasında söhbəti” çatdırmışdı.

Yeri gəlmişkən, Lukaşenkonun zəhərlənmədə Qərb kəşfiyyat xidmətlərinin iştirakı ilə bağlı açıqlaması meme çevrilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə