Zelenski Danilovu vəzifəsindən azad edib

Zelenski Danilovu vəzifəsindən azad edib

Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Danilovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib. Əvəzində Milli Təhlükəsizlik və Müdafiə Şurasına Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko rəhbərlik edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq fərmanlar martın 26-da dövlət başçısının saytında yer alıb.

...Aleksey Myaçeslavoviç Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilsin.

Bu prezidentin 26 mart tarixli 186/2024 nömrəli sərəncamında deyilir.

Danilovun əvəzinə Milli Təhlükəsizlik və Müdafiə Şurasına bu günə qədər Ukrayna Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Aleksandr Litvinenko rəhbərlik edirdi.

Müvafiq kadr dəyişiklikləri 187/2024 və 188/2024 saylı Fərmanlarla təsdiq edilir. Zelenski həmçinin Litvinenkonun SVR-yə varisini təyin etdi: indi xarici kəşfiyyata Oleq İvaşçenko rəhbərlik edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə