Rusiyada ölüm hökmünün qaytarılması üçün referendum keçirməyə ehtiyac yoxdur - bunun üçün Konstitusiya Məhkəməsinin qərarı kifayətdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda deyib.
Onun sözlərinə görə, ölüm hökmünə moratoriumun ləğvi məsələsində artıq qəbul edilmiş bütün qərarları təhlil etmək və sonradan bu mövzunu müzakirə etmək lazımdır.
Qeyd edək ki, Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra Rusiyada saxlanılan cinayətkarların cəzalandırılması üçün ölüm hökmünə qoyulan moratoriumun ləğvi məsələsi müzakirə olunmağa başlayıb.
...Ölüm hökmünün qaytarılması təşəbbüsü, xüsusən də Federasiya Şurası və Dövlət Duması tərəfindən irəli sürülüb.
...Prezidentin mətbuat katibi Dmitri Peskov təşəbbüsü şərh edərkən bildirib ki, Kreml yaranmış müzakirələrdə iştirak etmir.
Öz növbəsində, İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova hesab edib ki, Rusiyada ölüm hökmünə qoyulan moratorium ləğv edilə bilməz. Onun sözlərinə görə, bu cür cinayətlərin törədilməsi mexanizmini aydınlaşdırmaq və gələcəkdə onların qarşısını almaq üçün moratorium ləğv edilərsə, ölüm hökmü ilə üzləşəcək terrorçular və digər cinayətkarlar öyrənilməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB