Ukraynalılara Moldova sərhədinə getmək qadağan edildi

Ukraynalılara Moldova sərhədinə getmək qadağan edildi

Ukrayna hakimiyyəti Vinnitsa vilayətində sərhəd zonasına giriş və orada qalma məhdudiyyətləri tətbiq edib. SiA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Mogilyov-Podolsk sərhəd dəstəsi məlumat yayıb. Hərbi yaşda olan vətəndaşlara Moldova ilə sərhədə yaxın dörd ərazi icmasında, o cümlədən Dnestr sahillərinə getmək, ya orada qalmaq qadağan edilib.

Qeyd edək ki, Ukraynada hərbi yaşda olan kişilərin müharibə zamanı səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçmək cəhdləri mütəmadi hal alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə