ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir

ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir

ABŞ Çinin yeddi vətəndaşını kibercinayətkarlıqda ittiham edib, həmçinin bir hüquqi şəxsi də sanksiyalar siyahısına əlavə edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, ABŞ sanksiya siyahısına APT31 haker qrupu ilə əlaqəsi olduğu iddia edilən elmi-texnoloji şirkət “Wuhan Xiaozhuizhi”, həmçinin Çin vətəndaşları Çjao Quansun və Ni Qaobini əlavə edib. Amerika tərəfinin iddiasına görə, sanksiyalar ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən “zərərli kiber fəaliyyətdə” iştiraka görə tətbiq olunub.

Amerika rəsmilərinin sözlərinə görə, APT31 “Çin hökuməti ilə əlaqəlidir” və onun fəaliyyətinin ABŞ rəsmilərinə, siyasətçilərinə, müdafiə və iqtisadi sənayedə fəaliyyət göstərən şirkətlərə, habelə xarici fəallara, elm adamlarına və siyasətçilərə qarşı yönəldiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com