...Rusiya prezidenti Vladimir Putin mahiyyətcə işgüzardır: o, saatına baxmadan işləyir, ona görə də onun iş günü demək olar ki, bitmir.
SİA-nın əldə etdiyi məlumata görə, onun mətbuat katibi Dmitri Peskov aif.ru saytına müsahibəsində dövlət başçısını belə təsvir edib.
O, xüsusi hərbi əməliyyatın Putinin gündəlik işində iz buraxıb-qalmadığı sualına cavab verərkən belə bir məqamı qeyd edib.
Peskov bu üsulu Putinin iş tərzi adlandırıb. O qeyd edib ki, Rusiyanın düşdüyü vəziyyəti nəzərə alsaq, bu, tamamilə normaldır.
...Və biz müharibə vəziyyətindəyik. Bəli, xüsusi hərbi əməliyyatı kimi başlamışdı, amma orada bu qruplaşma yarananda, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevriləndə bu, bizim üçün müharibəyə çevrildi. Mən buna əminəm.
...Bundan əvvəl Peskov ölkəni tərk edərək düşmən tərəfə keçən Rusiya vətəndaşlarının vətənlərində yaxşı qarşılanmayacağını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB