Borrell Ukraynanı niyə dəstəklədiklərini faş etdi...

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı Kiyevi Ukrayna xalqına məhəbbətinə görə deyil, öz maraqlarına uyğun olduğuna görə dəstəkləyir.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Borrell qeyd edib ki, Avropa İttifaqı “Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verə bilməz”, çünki əks halda “ABŞ və Avropanın maraqları ciddi şəkildə zədələnəcək”.

...Bu, təkcə səxavətlə bağlı deyil. Söhbət Ukraynanı dəstəkləməkdən getmir, çünki biz Ukrayna xalqını sevirik. Bu, bizim öz maraqlarımıza uyğundur, - deyə o əlavə edib. ...Bundan əlavə, Avropa diplomatiyası rəhbərinin fikrincə, bu, qlobal oyunçu kimi ABŞ-ın da maraqlarına uyğundur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə