Ərinə görə arvadı da işsiz qoydular...

Yaxtaçı Nikolay Konaşenok “Crocus City Hall”-da terror aktı ilə bağlı paylaşımına görə saxlanılıb
Ərinə görə arvadı da işsiz qoydular...

Peşəkar yaxtaçı və dekorator Nikolay Konaşenok Sankt-Peterburqda saxlanılıb. “Fontanka” nəşrinin məlumatına görə, polis onu İrəvana uçmağı planlaşdırdığı Pulkovo hava limanında saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, saxlanmanın səbəbləri açıqlanmır, lakin ehtimal ki, bu, Konaşenokun internetdə martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”-da baş vermiş terror aktı ilə bağlı yazıları ola bilər.

Xatırladaq ki, Konaşenok terror aktı xəbərinə belə reaksiya verib: "Niyə Kreml yox, Crocus? Qarışıqdır?"

Konaşenokun yazısının skrinşotları bir çox hərbi kanallarda yayılıb və istifadəçilərin qəzəbinə səbəb olub.

Yaxtaçının bloqu artıq bağlanıb.

...Bazar ertəsi səhər saatlarında Konaşenokun həyat yoldaşı, menecer Roksana Şatunovskayanın əyləncə, təhsil və kommersiya təşəbbüslərini eləcə də çoxsaylı mədəni tədbirlərin keçirildiyi yerləri özündə birləşdirən layihə olan “New Hollandiya” kompleksinin baş direktoru vəzifəsindən azad edildiyini açıqlanıb.

Şatunovskaya 12 ildən çoxdur ki, “Nyu-Hollandiya”nı inkişaf etdirirdi.

Ailə üzvünün insanlığa sığmayan dəhşətli ifadələr işlətməsinə görə mən artıq vəzifəmi itirdim.

Deyəsən, Rusiyada arvadın ərinə görə məsuliyyət daşıyıb daşımamasıyla bağlı heç nə deyilmir..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə