...Teleaparıcı Vladimir Solovyov “Solovyev Live” müəllif proqramının efirində mütəmadi olaraq atəşə məruz qalan, Ukrayna ilə həmsərhəd olan Belqorod şəhərinin sakinlərindən gələn şikayətləri “iyrənc isteriya” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu dəfə “Crocus City Hall” konsert zalında baş verən terror aktı fonunda federal hakimiyyət orqanlarından onları unutmamağı xahiş edən Belqorod sakinlərinə “diş qıcıyaraq” bu dəfə onları özlərini “blogger kimi göstərən” “məxluqlar” adlandırıb.
...“Meduza” xəbər verir ki, bundan sonra Belqorod sakinləri “VKontakte” sosial şəbəkəsində “Solovyov Live” şousunun səhifəsində kütləvi şəkildə şərhlər yazmağa başlayıblar. Onlar teleaparıcıya arvad-uşağını da götürüb rahat televiziya studiyası ilə birgə Belqoroda köçməyi təklif ediblər.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə həmsərhəd olan Belqorod vilayəti və xüsusilə də Belqorod şəhəri mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən atışmalara məruz qalır.
Təkcə son bir həftədə vilayət qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumata görə, 16 yerli sakin həlak olub, 98 nəfər isə yaralanıb.
Ağasəf Babayev
v
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB