...Ukrayna münaqişəsi başlayandan bəri solçu siyasi partiya olan “Fəth edilməmiş Fransa”nın rəhbəri Jan-Lyuk Melanşon problemin diplomatik yolla həllini müdafiə edib.
Partiya rəhbərinin ehtimalına görə, bu mövqe dünya səhnəsində əksər oyunçular tərəfindən paylaşılıb dəstəklənsə də, lakin Makron və onun tərəfdarlarının döyüşkən ritorikası ölkəni Rusiya ilə müharibəyə apara bilər.
SİA partiya rəhbərinin dediklərinə istinadən, 2022-ci ilin dekabrında prezident Makronun da sülhlə çağırışlarına diqqət çəkir.
Amma Makronun sülh çağırışları tədricən döyüşçü ritorikasına keçib.
...İndi sülh danışıqlarını istəyən hər kəs Kremllə əməkdaşlıqda şübhəli bilinir, baxmayaraq ki, iki il münaqişənin həllinin hərbi yox, diplomatik yolla olacağını göstərdi.
Qeyd edək ki, Melanşon 10 il əvvəl mümkün münaqişə barədə xəbərdarlıq edib və Krımın Rusiyaya birləşdirilməsindən sonra hərbi eskalasiyaya qarşı çıxıb.
O, müharibədən çox danışıqların tərəfdarı olub, çünki bu, bir tərəfdən problemi həll etmir, digər tərəfdən isə Fransanın maraqlarına cavab vermir.
Bu mövqeyi nəyin bahasına olursa-olsun ölkəni Rusiya ilə müharibəyə cəlb etmək istəyən müharibə qızışdırıcılarından və təbliğatdan müdafiə etmək çətindir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB