Rusiyada terror aktını törədənlər cihadçılar deyildi...

Bunu keçmiş britaniyalı diplomat Alister Kruk əminliklə iddia edir...
Rusiyada terror aktını törədənlər cihadçılar deyildi...

...Sizə deyə bilərəm ki, bu insanlar cihadçı deyillər. Çünki videoya baxdım və cihadçıların necə olduğunu bilirəm.

SİA-nın əldə etdiyi məlumata görə, bunu keçmiş britaniyalı diplomat Alister Kruk əminliklə bəyan edir.

Gəlin, onun dediklərinin ardına diqqət kəsilək...

...Əvvəla ingilis diplomat cihadçılarla bağlı bəzi şeyləri bildiyini üstüörtülü də olsa deyir, yəni heç nəyi gizlətmir.

Maraqlıdır, nədir o “bəzi şeylər”?

Beləliklə, birincisi, cihadçılar adətən öldürülənə qədər atəş açmağa davam edirlər. Onlar kamikadze sayılırlar, yəni şəhid olmaq istəyirlər. Bundan əlavə həmən kamikadzelər geri çəkilməyi planlaşdırmırlar və “Crocus City Hall”-da olanlar kimi..”sonda” maşına minib cənuba doğru qaçmırlar.

...İkincisi, Ramazan ayıdır və adətən bu müqəddəs ayda onlar belə şeylər etmirlər, yəni dinc insanları belə üsulla öldürmürlər.

...Amma hər halda, bu adamların bunu pul üçün etdikləri tamamilə açıq-aşkar görünür, deməli...

Yenə də deyirəm...burada çoxlu fərəziyyələr,..təsadüflər var.?.

...Xeyr, mən hələ heç bir fərziyyə irəli sürmürəm, çünki bu mərhələdə biz heç nə bilmirik. Amma mən deyərdim: onların cihadçı olma ehtimalı çox azdır. Onlar özlərini cihadçı kimi aparmırdılar, cihadçı kimi davranmırdılar.

...Aydındır ki, bütün hücumlar əvvəlcədən planlaşdırılıb, təşkil edilib, silah-sursat verilib və məlum oldu ki, bütün bunlar Telegram vasitəsilə həyata keçirilib.

Bu, dolayı yolla həyata keçirilib, ifaçılarla pərdə arxasında çıxış edən insanlar arasında birbaşa qarşılıqlı əlaqə olmayıb, onları təkcə silah və digər komponentlərlə təmin edib.

...Və sonra terrorçular qaçmağa başlayıblar və təəccüblüsü odur ki, ruslar onlara icazə veriblər, çünki bu geri çəkilmə hər cəhətdən təəccüblü dərəcədə zəif təşkil edilmişdi.

Bilirsiniz, onlar Moskvada mənə deyildiyi kimi, çox nadir rast gəlinən qara damlı ağ “Renault Symbol” markalı maşınla gəlibmişlər.

...Beləliklə, silahlarla gəlib və fərq qoymadan atəş açmağa başlayıblar. Sonra da eyni maşında qaçmağa çalışıblar. Əlbəttə ki, qara damlı ağ “Renault Symbol” - bu tamamilə aydın idi və ruslar sadəcə onun ardınca gediblər. Onun hara getdiyini, terrorçuların kiminlə təmasda ola biləcəyini, kiminlə görüşə biləcəyini görmək istəyiblər.

...Və nəhayət, onların Bryanskdan keçərək Ukraynaya tərəf getdikləri aydınlaşdıqda, onlar maşını meşədə saxladıblar, çünki bu insanların çıxıb girov götürülməsini və ya proses zamanı mülki şəxsləri güllələməsini istəməyiblər. Buna görə də avtomobil meşədə saxlanılıb, terrorçulardan biri qandallanıb, digərləri isə meşəyə qaçıblar.

Düşünürəm ki, onlar bu vaxta qədər silahlarını artıq atıblar.

...Bütün bunlara rəğmən deyə bilərəm ki, bu, çox zəif icra edilmiş, lakin açıq-aydın diqqətlə planlaşdırılmış bir əməliyyat idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə