ABŞ terror aktı ilə bağlı Rusiyaya yardım göstərmək niyyətində deyil

ABŞ terror aktı ilə bağlı Rusiyaya yardım göstərmək niyyətində deyil

ABŞ “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı Rusiyaya təhlükəsizlik yardımı göstərmək niyyətində deyil.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq bəyanatı jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verib.

Qeyd edək ki, o, Moskva bölgəsindəki terror aktının iki ölkə arasında “təhlükəsizlik dialoqu üçün qapı aça biləcəyi” sualını cavablandırarkən, “...əgər bu sizin sualınızdırsa, o zaman ABŞ-dan Rusiyaya təhlükəsizlik yardımı olmayacaq” deyə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Rusiya Federasiyasına mövcud olan məlumat barədə xəbərdarlıq etmək öhdəliyi daşıyırdı”.

“Biz bunu etdik”.

…Bunu da Kirbi deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə