...BMT Təhlükəsizlik Şurası bazar ertəsi Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.
Sənəddə ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan radikal HƏMAS qruplaşmasının saxladığı israilli girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi yer alır.
Qəbul edilmiş qətnamədə BMT münaqişə tərəflərinin hər ikisindən müsəlmanların müqəddəs Ramazan ayında (bu il martın 10-dan aprelin 9-dək) atəşi dayandırmağı və sektora humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyi tələb edir.
Qətnamə Təhlükəsizlik Şurasının on üzvü tərəfindən hazırlanmış və Mozambik tərəfindən təqdim edilmişdir.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya mətnə “daimi” atəşkəs tələbini əlavə etməyə çalışdı, lakin bu düzəliş rədd edildi.
Oxşar qətnamələrə baxılarkən üç dəfə veto hüququndan istifadə edən ABŞ bu dəfə səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, qətnamənin ABŞ-ın təklif etdiyi əvvəlki variantı Rusiya və Çin tərəfindən bloklanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB