Rusiyanın Polşadakı səfiri Sergey Andreev onu çağıran Polşa Xarici İşlər Nazirliyində görünməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Polşa Mətbuat Agentliyinə bildirib.
Qeyd edək ki, Andreevdən Rusiya qanadlı raketinin Polşa hava məkanına daxil olması ilə bağlı izahat tələb olunub.
Polşa nazirliyinin nümayəndəsi bildirib ki, Varşava Andreyevin Rusiya nazirliyinin göstərişlərinə əməl edib-etməməsi və Varşavada Moskvanın “maraqlarını layiqincə təmsil edə bilməsi” ilə maraqlanır.
Andreev Rusiyanın dövlət agentliyi olan RİA Novosti-yə müsahibəsində bildirib ki, o, Polşa Xarici İşlər Nazirliyindən ona Rusiya raketinin uçuşu ilə bağlı sübut təqdim etməyi planlaşdırıb-götürməmələri barədə məlumat istəyib.
...Mən Polşalı həmkarlarıma təklif etdim ki, əgər istəsələr, müvafiq qeydi poçt və ya kuryer vasitəsilə göndərsinlər.
Polşa Xarici İşlər Nazirliyi bunu edəcəklərini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB