Rusiya İstintaq Komitəsi məhkəmədən “Crocus City Hall”-da terror aktı törətməkdə şübhəli bilinən daha üç nəfərin həbsini xahiş edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS idarəyə istinadən xəbər verir.
Bundan əvvəl məhkəmə terror aktında təqsirləndirilən 4 nəfəri həbs edib.
Moskvanın Basmannı məhkəməsinə Aminçon və Dilovar İslamov, habelə şübhəli İsrail İslamovla bağlı daha üç material daxil olub.
İki qardaş və onların atası cinayətin ortağı olub(?).
“MSK1.ru” saytının məlumatına görə, Dilovar İslamov terrorçuların istifadə etdiyi ağ rəngli “Renault” avtomobilinin sonuncu sahibidir.
İstintaqın məlumatına görə, İslamov bir müddət əvvəl avtomobili terrorçulara satıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB