Qəzzanın şimalına təcili humanitar yardım edilməlidir...

Qəzzanın şimalına təcili humanitar yardım edilməlidir...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, son 48 saat ərzində Qəzzanın şimalına ərzaq yardımı edilməyib və humanitar dəstəyə ehtiyac heç vaxt bu qədər təcili olmayıb.

OCHA "X" sosial media platformasındakı paylaşımında Qəzzanın şimalında son 48 saatda minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən ərzaq yardımının təhlükəsiz girişin təmin edilməməsi səbəbindən dayandırıldığını bildirib.

Qəzzada aclıq artdıqca ailələrin həyatda qalmaq üçün seçimlər etmək məcburiyyətində qaldığını vurğulayan OCHA paylaşımda qeyd edib:

"Təhlükəsiz, maneəsiz humanitar dəstəyə ehtiyac (Qəzzanın şimalında) heç vaxt bu qədər təcili olmamışdır".

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə