...“Crocus City Hall”-da baş vermiş terror aktı fonunda ölüm hökmünün qaytarılması ilə bağlı müzakirələr cəmiyyəti yanlış istiqamətə apara bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının deputatı Pavel Kraşeninnkov deyib.
Rusiyalı millət vəkilinin sözlərinə görə, bu cəza növü vacib məsələdir, amma indi əsas deyil. Kraşeninnkov deyib ki, hakimiyyət bu cür terror aktlarının bir daha təkrarlanmamasında maraqlıdır. Deputat əmindir ki, bu, ölkə rəhbərliyinin əsas vəzifəsidir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml ölüm hökmü ilə bağlı “müzakirədə” iştirak etmir.
Bundan əvvəl Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas xatırladıb ki, Dövlət Duması və Federasiya Şurası Konstitusiya Məhkəməsinin 2009-cu ildə geri qaytarılmasının mümkünsüzlüyü ilə bağlı qərarının öhdəsindən gələ bilməyəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB