Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Terrorla mübarizə ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı PKK-lı 2 terrorçu aşkar edilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, terrorçular hava əməliyyatı ilə zərərsizləşdirilib.

Nazirliyin paylaşımında "Qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək” ifadəsi işlədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə