Terror aktı ilə bağlı Rostov-na-Donu şəhərinin 4 sakini həbs edilib

Terror aktı ilə bağlı Rostov-na-Donu şəhərinin 4 sakini həbs edilib

Rostov-na-Donu şəhərinin dörd sakini iki transformator yarımstansiyasını yandırmaqda və magistral neft kəmərini yandırmağa hazırlaşmaqda şübhəli bilinir.

SİA “İnterfaks” dövlət agentliyinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə idarəsi şübhəliləri artıq nəzarətə götürüb.

İdarədən verilən məlumata görə, adları açıqlanmayan şübhəlilər şəhərin Pervomayski rayonunda yarımstansiyaları yandırıblar.

Bundan başqa, dövlət müəssisəsinə məxsus “təhlükəli istehsalat obyektinin – magistral neft kəmərinin yandırılmasına hazırlıq faktının da sənədləşdirildiyi bildirilir. Neft kəmərini yandırmaq cəhdinin necə sənədləşdirildiyi açıqlanmır.

Qeyd edək ki, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən terror aktı hazırlamaq ittihamı ilə cinayət işi açılıb (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi). Onu da qeyd edək ki, bu maddə ilə cəza 12 ildən 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə