...Bu arada Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını zərurət olmadığı təqdirdə Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Azadlıq” radiosunun Qırğızıstan xidmətinə müsahibəsində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəis müavini Bakit Kadırov deyib.
Rəsminin sözlərinə görə, martın 22-də Moskva vilayətində “Crocus City Hall” konsert zalına hücumdan sonra Rusiya xüsusi xidmət orqanları terrorla mübarizə tədbirlərini gücləndirib və sərhəd yoxlamalarını gücləndirib.
Xarici İşlər Nazirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyü bir vaxtda Rusiyaya səfərlərin təxirə salınmasını tövsiyə edir.
Qeyd edək ki, Rusiyadakı tacik diasporu ksenofob cinayətlərin artacağından ehtiyat edərək ölkədəki taciklərə ciddi şəkildə ehtiyatlı olmağı tövsiyə edir.
“Baza” nəşri xəbər verir ki, tacik icmalarının rəhbərləri həmvətənlərinə kütləvi tədbirlərdə iştirak etməmək və axşamlar evdən çıxmamaq üçün tövsiyələr hazırlayıb. Həmçinin, “Baza” mənbələrinə görə, bir sıra işəgötürənlər öz işçilərindən, Tacikistan vətəndaşlarından yaşayış ünvanları da daxil olmaqla, müasir şəxsi məlumatları təqdim etməyi xahiş ediblər.
Yeri gəlmişkən, “Azadlıq” radiosunun tacik xidməti Rusiyanın bır sıra bölgələrində artıq taciklərə qarşı bir neçə ksenofobik təcavüz hadisəsi barədə məlumat verib.
Belə ki, Amur vilayətinin Blaqoveşensk şəhərində naməlum şəxslər miqrantlara məxsus alış-veriş pavilyonunu yandırıblar.
Kaluqada bir qrup naməlum şəxs küçədə 3 Tacikistan vətəndaşını döyüb, onlardan biri xəstəxanaya yerləşdirilib.
Rusiyanın müxtəlif regionlarından müştərilərin tacik milliyyətindən olan taksi sürücülərinin xidmətindən imtina etdikləri barədə xəbərlər gəlir. Onlar sürücünün tacik və ya Tacikistan vətəndaşı olduğunu öyrənən kimi, sifarişin ləğv edilməsini tələb edirlər.
...Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov asayişin təmin edilməsi ilə bağlı keçirilən müşavirədə bunun nə ilə nəticələndiyini açıqlamasa da, amma şəhərdəki əməkçi miqrantların yaşayış yerlərinin “xüsusi nəzarətə götürüləcəyini” bildirib.
Rusiyanın digər regionlarında da miqrantlar aktiv şəkildə yoxlanılır.
“72.ru” xəbər verir ki, Nijnevartovsk polisi şəhərdəki yataqxanalardan birində 14 əcnəbini saxlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB