“Moskvada terror törədən qrup Fransada da aksiyalar təşkil etməyə cəhd edib”

“Moskvada terror törədən qrup Fransada da aksiyalar təşkil etməyə cəhd edib”

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiyada “Crocus City Hall”-da törədilən terror aktını onun əyalətində oxşar hərəkətləri həyata keçirməyə cəhd edən bir qrup islamçılar törədib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçinin müvafiq bəyanatını Reuters agentliyi yayıb.

...Bu qrup bizim torpaqlarımızda da bir sıra aksiyalar həyata keçirməyə cəhd edib.

Qeyd edək ki, agentlik bunu Fransa prezidentinin sözlərindən sitat gətirib.

Fransa martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktını qətiyyətlə pisləyir.

Bunu ölkə prezidenti Emmanuel Makron deyib.

Fransa faciə ilə bağlı Rusiya xalqı ilə həmrəy olduğunu bildirib.

Yeri gəlmişkən, SİA-nın bir müddət əvvəl də xəbər verdiyi kimi, “Crocus City Hall”-da baş verən faciədən sonra Fransa hakimiyyəti ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Bu barədə Fransanın baş naziri Qabriel Attal bildirib. O, “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar Rusiya vətəndaşlarına dəstək və başsağlığı sözlərini bildirib. O, həmçinin həlak olanlarla yaxınları ilə həmrəylik nümayiş etdirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə