Fransa terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdı

Fransa terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdı

Fransada terror xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb.

Rusiyada 22 mart - cümə günü axşam saatlarında 137 nəfərin həyatını itirdiyi terror aktı səbəbindən ölkədə terror təhlükəsi səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Fransanın baş naziri Qabriel Attal prezident Emmanuel Makronun sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra “X”də paylaşdığı mətində yazıb: “DAEŞ-in Moskvada hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü iddiası və ölkəmizə qarşı təhdidləri nəzərə alaraq, milli təhlükəsizlik xəbərdarlığı sistemini ən yüksək səviyyəyə qaldırmaq qərarına gəldik: hücum fövqəladə vəziyyəti”.

2015-ci ildə Fransanın paytaxtı Parisdə törətdiyi ardıcıl hücumlarda 130 nəfər həyatını itirmiş, ölkədə aylarla davam edən fövqəladə vəziyyət elan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə