Türkiyənin tanker gəmisi yeni miqrant fəlakətinin qarşısını alıb

Türkiyənin tanker gəmisi yeni miqrant fəlakətinin qarşısını alıb

Türkiyəyə məxsus tanker gəmisi Aralıq dənizində yeni miqrant fəlakətinin qarşısını alıb.

Tunis ilə Malta arasında üzən Beks Bodrum adlı türk tanker gəmisi batmaq üzrə olan miqrant qayığına müdaxilə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, suda boğulmaq üzrə olan 120 mühacir xilas edilib.

Gəminin ekipajı mühacirləri gəmiyə mindirərək onlara ərzaq yardımı göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə