"Crocus City Hall"da törədilən terror aktı zamanı ölənlərdən 68 nəfərin şəxsiyyət müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Bildirilib ki, ilk məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, 68 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin siyahılarında 29 nəfərin adı daxil edilmişdi.
Nazirlik qeyd edib ki, məhkəmə-tibb ekspertləri ölənlərin şəxsiyyətini dəqiqləşdirdikcə siyahı yenilənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB