Macarıstanda ralli zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçılara çırpılıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, çoxlu sayda tamaşaçı xəsarət alıb.
Qəza Labatlan və Bayot şəhərləri arasındakı yolda baş verib. Hadisənin dəqiq səbəbi məlum deyil. Qəzaya görə yarış yarımçıq dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB