"Bu, Krımı ruslar üçün əlçatmaz edə bilər..."

Ukrayna yüksək dəyərli dəqiq zərbələr nümayiş etdirir ki...
"Bu, Krımı ruslar üçün əlçatmaz edə bilər..."

...Krım körpüsü Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krımda Rusiya ordusunun hədəflərinə yüksək dəqiqlikli raket zərbələri endirməsindən sonra ruslar üçün əlçatmaz olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hodces “X” sosial şəbəkəsində Rusiyanın Qara dəniz donanmasının “Yamal” və “Azov” iri desant gəmilərinin Sevastopolda məğlubiyyətini şərh edərkən yazır.

...Ukrayna yüksək dəyərli dəqiq zərbələr nümayiş etdirir ki, bu da Krımı ruslar üçün əlçatmaz edir, - deyə general qeyd edir.

Onun sözlərinə görə, Rusiya bu hücumları dayandıra bilməsə, artıq Krıma sığınıb və oradan müharibə apara bilməyəcəyini anlayacaq.

...Əgər yuxarıda adı çəkilən iki gəmiyə dəyən ziyan təsdiqlənərsə, bu, Krımda Putin üçün sarsıdıcı zərbə olacaq. Belə bir gəminin qiyməti təxminən 170 milyon funt sterlinqdir.

Bunu isə Britaniyanın “Daily Mail” nəşri yazır.

Jurnalist zərbələrin Putinin Qara Dəniz Donanmasının əvvəlki uğursuzluqları fonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanını əvəz etməsindən bir neçə gün sonra həyata keçirildiyinə diqqət çəkir.

...Ukrayna Qara dəniz donanmasının daha iki gəmisinə zərbə endirməsi ilə bağlı Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni komandirini təbrik edir.

Bunu da ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Pifer yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə