...Martın 24-də Krım sahillərində Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının iki böyük desant gəmisinə hücum edib.
SİA Arbat.media-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb, Rusiya Müdafiə Nazirliyi bəyanatı şərh etmir.
Deməli, martın 24-nə keçən gecə Krım onlarla müxtəlif modifikasiyalı raketlərin kütləvi hücumuna məruz qalıb.
Bu arada Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının rabitə mərkəzinin məhv edildiyini iddia edir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri iri desant gəmilərini - “Yamal” və “Azov”u vurduqlarını da bildirib.
İlkin məlumatlara görə, hər iki gəmi dəniz limanının doklarında olub.
“Yamal” təmirdən sonra Sevastopolda dəniz sınaqlarına hazırlaşırdı. “Azov”da isə hələ təmir işləri gedirmiş.
...Hələlik hərbi gəmilərin nə qədər zərər gördüyü məlum deyil, ölən dənizçilər barədə də məlumat yoxdur.
Yənin bununla bağlı Müdafiə Nazirliyi hələlik məlumatı şərh etməyib.
Bu arada Rusiyanın “Z-hərbi müxbiri” Yeqor Quzenko Rusiyanın Qara dəniz donanmasının komanda məntəqəsi və gəmilərinin məhv edildiyini təsdiqləyib.
...Qara dəniz donanması artıq mövcud deyil" dedi.
Deyilənlərə görə, “Z-hərbi müxbiri” bunu tələsik və əsəbi şəkildə bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB