Ukraynalılar da cəbhəyə getməkdən imtina edirlər

Hələ ki xaricə qaça bilməmiş ukraynalı kişilər hər cür yolla - rüşvətdən tutmuş evdən bayıra çıxmaqdan tamamilə imtina etməyə kimi hərbi xidmətdən yayınmaqda davam edirlər
Ukraynalılar da cəbhəyə getməkdən imtina edirlər

Ukrayna silahlı qüvvələrinin Rusiyanın irəliləyişlərini dayandırmaq üçün yeni qoşunlara böyük ehtiyacı var.

Amma hakimiyyət orqanlarının gəncləri döyüşlərə cəlb etmək səylərinə siyasət, demoqrafik vəziyyət və ukraynalıların orduya qoşulmaq istəməməsi mane olur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” yazır.

Qeyd edilir ki, keçən ilki əks-hücumun uğursuzluğu və bu prosesdə on minlərlə əsgərin itirilməsi Ukraynanın əraziləri geri ala biləcəklərinə inamını sarsıtmaqla yanaşı, həm də canlı qüvvəni tükəndirib.

Müharibənin əvvəlində Ukrayna könüllülərə arxalana bilirdisə, indi sadəcə heç kim yoxdur. Hələ xaricə qaçmamış həmin kişilər hər cür yolla - rüşvətdən tutmuş bayıra çıxmaqdan tamamilə imtina etməyə kimi hərbi xidmətdən yayınmaqda davam edirlər.

Yerli hakimiyyət orqanları isə sözün əsl mənasında, onları gündüz tutub məcburi yolla sürükləyib ön cəbhəyə göndərirlər.

Bu arada, hərbi xidmətin genişləndirilməsini nəzərdə tutan qanun layihəsi aylarla davam edən müzakirələrdən sonra Ali Radada ilişib qalıb.

Əslində təklif olunan dəyişikliklər kifayət qədər cüzidir, Amerika nəşri qeyd edir: çağırış yaşı 27-dən 25 yaşa endiriləcək, əsgərlər üç il xidmət etdikdən sonra ordunu tərk etmək hüququna malik olacaqlar və hərbi xidmətdən yayınanlar üçün cəzalar tətbiq ediləcək.

Lakin əhalinin əhəmiyyətli hissəsinin döyüşmək istəməməsi ilə üzləşən Rada qanuna edilən bu təvazökar dəyişiklikləri belə təsdiqləməkdə çətinlik çəkir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə