...Ukraynanı darmadağın etmək cəhdləri ilə üz-üzə qalan Kreml Rusiya üçün real təhlükələri, xüsusən də “İŞİD” terrorçularını unudub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” nəşrində deyilir.
Nəşr qeyd edir ki, Moskva teraktından sonra Putin xalqa müraciətində “İŞİD”-in adını çəkməməklə, qətliamın məsuliyyətini öz üzərinə götürüb.
Amma Rusiya təbliğatı əhalinin qəzəbini qonşu ölkəyə yönəltmək və terror aktını əldən verən Rusiya xüsusi xidmət orqanlarının fəlakətli uğursuzluğundan diqqəti yayındırmaq üçün hər şeyi Ukraynanın üzərinə atmağa çalışıb.
...Harvard Universitetinin (ABŞ) Davis Mərkəzinin elmi işçisi Vera Mironova qeyd edib ki, terror aktı Ukraynaya qarşı uzunmüddətli müharibə səbəbindən Rusiya təhlükəsizlik xidmətlərinin səfərbər edildiyi bir vaxtda baş verib.
...“Yeni qəzet. Avropa” əlavə edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Rusiyanın əsas kəşfiyyat orqanı olan Federal Təhlükəsizlik Xidmətinin diqqətini dəyişib.
...Əgər 2022-ci ilə qədər Federal Təhlükəsizlik Xidməti demək olar ki, bütünlüklə islamçı terror təhlükəsinə qarşı mübarizəyə yönəlmişdisə, müharibə başlayandan bəri Federal Təhlükəsizlik Xidmətinin rəsmi bəyanatlarının əksəriyyəti Ukraynaya aiddir və saxlanılan “terrorçular” əsasən müharibəyə etiraz edən ruslardır.
...Terrorizm üzrə islamçı ekspert Lukas Uebber, Rusiyanın uzun müddət “İŞİD”-in hədəfi olduğunu qeyd edib.
Qeyd edək ki, buna səbəb kimi o, Rusiyanın Suriyadakı müharibədə iştirakını, Afrikada “Vaqner”Qrupunun yaratmasını və Kremlin “İŞİD”-lə düşmənçilik edən Əfqanıstanın “Taliban” hərəkatı ilə yaxşı münasibətlərini göstərib.
Uebber qeyd edir ki, məhz İŞİD-in Əfqanıstan qolu (“Vilayət Xorasan”) bu gün qrupun ən fəal hücrələrindən biridir. 2022-ci ilin sentyabrında onlar Rusiyanın Kabildəki səfirliyinə intiharçı hücumu təşkil etdilər. Onlar da öz təbliğatlarını fəal şəkildə rus dilində aparmağa, postsovet ölkələrindəki tərəfdarlarını ruslara hücum etməyə təhrik etməyə başladılar. ...Yeri gəlmişkən, ABŞ Sülh İnstitutunun baş elmi işçisi Asfandyar Mirin dediyinə görə, bu gün “İŞİD”-in doktrinasında Rusiya da ABŞ, Çin və İran qədər pisdir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB